AZ

"Xalq Sığorta"da geri sayım davam edir - Yığımlarda 3 milyonluq azalma

Bu ilin yanvar-fevral aylarında “Xalq Sığorta”nın yığımları 2,78 milyon manat azalıb.
 
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin ilk iki ayında 3,33 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 45% azdır. 2023-cü ilin yanvar-fevral aylarında “Xalq Sığorta”nın yığımları 6,12 milyon manat təşkil edib. 

Sığorta şirkətimin xidmət keyfiyyətinizi azaltması onun sığorta ödənişlərinin dinamikasında da özünü büruzə verir. Son dövrlər ardıcıl şikayət indeksi yüksək olan sığorta şirkəti bu dövrdə 1,94 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 64% və ya 3,5 milyon manat azdır. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 5,4 milyon manat təşkil edib. 

Ödənişləri kəskin azaltmağı hesabına “Xalq Sığorta” zərərliliyini (ödəniş-yığım nisbəti) xeyli azaldıb. Belə ki, “Xalq Sığorta” 2023-cü ilin yanvar-fevral aylarında topladığı hər 100 manata görə 89 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 58 manata enib.

Leyli

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla