AZ

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

Sabirabadda

Sabirabad, 29 mart, AZƏRTAC

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobilin at arabası ilə toqquşması nəticəsində xəsarət alanlar olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Sabirabad rayon sakinləri - Həsənov Səmid Fərhad oğlu və Mirzəyev Qonsur Maqsud oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
57
7
Mənbələr
Şərh ()
Bağla