AZ

İyunda şəhərin mərkəzində avtomobil sürmək pullu olacaq

ABŞ-ın Nyu-York əyalətinin səlahiyyətliləri avtomobil sıxlığını azaltmaq və ictimai nəqliyyata sərmayə yatırmaq üçün plan təsdiqləyib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, iyun ayından etibarən sürücülər Manhetten şəhərinin mərkəzində hərəkət etmək üçün müəyyən rüsum ödəməli olacaqlar.  
Belə ki, şəhərin 60-cı küçəsinədək uzanan zonada minik avtomobilini sürmək üçün gündə 15 dollar rüsum ödənilməlidir. Tam ödəniş gün ərzində səhər saat 05:00-dan axşam saat 21:00-dək, həftə sonları isə səhər saat 09:00-dan sonra həyata keçiriləcək. Gecə saatlarında rüsumun 75% aşağı olacaq. 
Kiçik yük maşınları üçün ödəniş 24 dollar, motosikletlər üçün isə 7,50 dollar olacaq. Eyni zamanda, həmin əraziyə taksi sürmək üçün 1,25 dollar əlavə ödəniş tələb ediləcək.

Namiq Musayev

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla