AZ

Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürən hökmdən narazıdır

Abşeronda arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Vüqar Nəmətovun şikayətini təmin etməyib.

 
Qeyd: 2022-ci il oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı “Al Market” mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbləşib, qızını cəzalandırmaq məqsədi ilə yaşadıqları evin həyətindən boru parçasını götürüb uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək öldürüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Mart 2024, 08:29   
phrase_var_article.chosen
57
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close