AZ

Gömrük Komitəsi "Torqoviy dom bolşoy prazdnik"ə cərimə yazdı

"Torqoviy dom bolşoy prazdnik-2002" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 29 Mart 2024, 08:10   
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla