AZ

Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb - Pentaqon

Bakı. Trend:

Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarınınməlumatlarına məhəl qoymayıb.

Trend-inməlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderjurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Əlbəttə ki, günahsız insanların həyatının xilası üçünpaylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, bizbunu edirik", - deyə o vurğulayıb.

O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-ın Rusiyayagözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlkibəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoymaması ilə bağlısual qarşı tərəfə ünvanlanmalıdır”, - deyən Rayder “Crocus CityHall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyiversiyasını təkrarlayıb.

Məqalədə:
Seçilən
156
6
Mənbələr
Şərh ()
Bağla