AZ

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

HƏMAS hərəkatının Siyasi Büro üzvü Məhəmməd Nazzal bildirib ki, İsrail tərəfi Qəzza zolağında atəşkəslə bağlı danışıqları dalana dirəyib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Nazzalın sözlərinə görə, Dohadakı görüş qarşılıqlı anlaşmaya gətirib çıxarmayıb.

“Nəticədə İsrailin barışmaz mövqeyi ucbatından məsləhətləşmələr dalana dirəndi”, - HƏMAS nümayəndəsi qeyd edib.

Seçilən
126
Mənbələr
Şərh ()
Bağla