"Qarabağ"ın legioneri Yassin Benzia Əlcəzair millisində növbəti qollarını vurub.
Sportinfo.az xəbər verir ki, yığma "FIFA series - Edition 2024" layihəsində Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Matça start heyətində başlayan yarımmüdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22 və 70-ci dəqiqələrdə fərqlənən oyunçu 53-cü dəqiqədə assist edib.
O, martın 22-də Boliviyaya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da rəqib qapısına yol tapmışdı.
Benzia hazırda performansı ilə dünya mətbuatının gündəmindədir:
"Lequipe": Benzia!!! "Qarabağ"ın futbolçusu qayçı zərbə ilə Cənubi Afrikaya qol vurdu. Gecənin ən gözəl qoludur, sözsüz ki.
"Foot Mercato": Yassin Benzia Cənubi Afrikaya qarşı xariqüladə qol vurdu.
FIFA Dünya Kuboku: Yassin Benziadan velosiped zərbəsi.
Afrika Futbol Federasiyası: Yassin Benziaya baş əyin. Milli komandaya dönüşü belə elan edərlər...
"Men in Blazers": İlin qolu Yassin Benziadan. Həm ağlasığmaz, həm də möhtəşəm.
"İnstant Foot": Zlatan İbrahimoviç deyil, Yassin Benziadır.