AZ

Avtobus qəzasında 45 nəfər həyatını itirib

Avtobus

Cənubi Afrikada avtobusun körpüdən aşması nəticəsində azı 45 nəfər həyatını itirib.

Reyting.az
xəbər verir ki, bu barədə SABC radiosu məlumat yayıb.

Hadisə Limpopo əyalətində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil körpüdən aşaraq, Mokopane və Marken arasındakı dağ keçidində alovlanıb. Nəticədə 45 nəfər həlak olub, daha bir neçə nəfər isə ağır yaralanıb.

Respublikanın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, səkkiz yaşlı qız sağ qalıb və xəstəxanaya aparılıb. Daha bir qadın tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, avtobusda olan sərnişinlər Moriya kilsəsində Pasxa bayramı məqsədilə aint-Engenas şəhərinə gedən zəvvarlar olub.

V. QULİYEV


phrase_var_article.chosen
55
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close