AZ

Sabiq "Qarabağ"lı hücumçunun çalışdırdığı klub böyük maraq doğuracaq plan hazırladı

Ötən ilin yayında yaradılan «Hypers»in çoxillik inkişaf layihəsi hazırlanıb.

Region Liqasında ilk mövsümünü keçirən klub bütün diqqəti bazalaşmaya yönəldib.

Çempionatın paytaxt-şimal zonasının «B» qrupunda yarışan debütant Bakı kənd və qəsəbələrindən birində məskunlaşmağı qarşısına məqsəd qoyub.

Boş ərazi axtarışına çıxan «Hypers» istədiyi yeri tapsa, burada infrastruktur quracaq. İki-üç meydança ilə yanaşı, futbolçuların qalması üçün mehmanxana tipli bina tikiləcək.

Millinin və «Qarabağ»ın sabiq hücumçusu Vüqar Nadirovun çalışdırdığı komandanın Region Liqasında işləri hələlik normal gedir.

14 tura 35 xal toplayan kollektiv turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider «Şimal»dan cəmi 1 xal geri qalırlar.

SPORTİNFO.AZ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla