AZ

ABŞ Rusiyaya terror hücumu təhlükəsi barədə məlumat verib

...ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller terror təhlükəsi ilə bağlı Rusiyaya verilən məlumatın təfərrüatlı olduğunu bildirib.

...Martın 7-də biz Moskvaya xəbərdarlıq etdik, insanların çox olduğu yerlərdə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verdik.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə brifinqdə deyib.

Miller qeyd edib ki, “bu, Moskvaya edilən ilk xəbərdarlıq deyil”.

...ABŞ-ın Rusiyadakı səfirliyi martın 7-də Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq dərc edib. “Biz bu xəbərdarlıqları ona görə veririk ki,günahsız insanların terror hücumları nəticəsində ölməsini istəmirik”.

Qeyd edək ki, Amerika tərəfi bunu “Crocus City Hall”ahücumdan sonra izah ediblər.

ABŞ Milli Təhlükəsizlik Şurasınınsözçüsü Edrienne Uotson Vaşinqtonun “xəbərdarlıq etmək vəzifəsi” siyasətinə uyğun olaraq Moskva ilə məlumat paylaşdığını bildirib.

Nazlı

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla