AZ

Mingəçevirdə mikroavtobus kafeyə çırpılıb, xəsarət alanlar var

Mingəçevir şəhərində mikroavtobus kafeyə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun kafeyə çırpılması nəticəsində, avtomobildə olan - 1961-ci il təvəllüdlü B.Kərimzadə xəsarət alıb. Onu avtomobildən çıxarmağa çalışan 1999-cu il təvəllüdlü T.Hacıyevin isə ayağını şüşə kəsib.

Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
124
43
Mənbələr
Şərh ()
Bağla