AZ

Rusiya Belarusdan benzin alacaq...

...Ən böyük neft emalı zavodlarına pilotsuz təyyarələrin hücumundan sonra Rusiyada benzin istehsalının çökməsi Kremli kömək üçün Aleksandr Lukaşenkoya müraciət etməyə məcbur edib.

SİA-nın əldə etdiyi məlumata görə, yanacaq qıtlığının qarşısını almaq üçün Moskva ayda 100-150 min ton həcmində Belarus benzini almağa başlayacaq.

Bu barədə cümə axşamı Rusiya Federasiyası Dövlət Dumasının Energetika Komitəsinin rəhbəri Pavel Zavalnı Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjası forumunun kuluarlarında bildirib.

...Onlar bu anda kömək etməyə razılaşdılar, baxmayaraq ki, onların ixrac alternativi (daha sərfəli) olduğu aydındır.

...“Reuters” bunu Zavalnıya istinadən yazıb.

Vəziyyətlə tanış olan agentlik mənbələri bildiriblər ki, Belarusla danışıqlar hökumətlər və neft şirkətləri səviyyəsində aparılıb. Plana əsasən, Rusiya neftçiləri Belarusun iki neft emalı zavoduna - hər birinin gücü ildə 12 milyon ton olan Naftana və Mozıra xammalın daşınmasını artıracaqlar. Bu zavodlardan yanacaq Rusiya bazarına çıxarılacaq.

“Reuters”in hesablamalarına görə, Ukrayna dronlarınınhücumları səbəbindən Rusiya neftayırma zavodlarının gücü 14 faiz dayanıb ki,onun da 10 faizəyaxını daxili bazar üçün benzin və dizel yanacağı istehsal edən zavodların payına düşür.

Xatırladaq ki, martın 13-də Moskva və regionu yanacaqla təmin edən Ryazanda ən böyük “Rosneft” neft emalı zavodu PUA ilə vurulub. Yanğından sonra zavodda iki aqreqat fəaliyyətini dayandırıb, nəticədə benzin istehsalı üçdə bir (gündə 3,3 min ton), dizel yanacağının istehsalı isə yarıdan çox (gündə 5,8 min ton) azalıb.

Ağasəf Babayev

Seçilən
154
25
Mənbələr
Şərh ()
Bağla