AZ

"Rusiya ən kritik anda bizi qorumadı" - Simonyan

"Bizi qorumaq vaxtı çatanda Rusiya bizi qorumadı. Sonra bir daha ümid etdik ki, bizi qoruyacaqlar, sonra yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi yeni müharibəyə sürükləməyə çalışdılar".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində deyib. 

“Heç kim nə Rusiyaya, nə də kiməsə qarşı heç nə etmir. Hər şey o qədər sadədir ki, hətta uşaq bağçası belə izah edə bilər. Bizi qorumalı olan bir dostumuz, müttəfiqimiz var idi. Böyük qardaş, necə deyərlər, vaxtı gələndə bizi qorumadı. Bizi tək qoydu. Sonra bir daha onun bizi qoruyacağına ümid bəslədik, hər şeyin ola biləcəyini güman etdik. Sonra yenə bizi aldatdılar, aldatdılar, aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi yeni müharibəyə sürükləməyə çalışdılar. Bəli, bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi və bu, faktdır”, - deyə Simonyan bildirib.

Nuranə Abbasova 

Seçilən
179
47
Mənbələr
Şərh ()
Bağla