AZ

Reşford Avropa Çempionatında olmaya bilər

Markus Reşford Avropa Çempionatından kənarda qala bilər.

İdmanxeber.az “The Telegraph” nəşrinə əsasən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”in forvardının performansından razı deyil. Avropa Çempionatına milli komandayla birlikdə yollanmaq üçün Reşford mövsümün qalan hissəsində məşqçilər korpusunun fikrini dəyişdirməyə çalışmalıdır.

Son yoldaşlıq oyunlarında Reşford millinin formasında cəmi 15 dəqiqə meydanda olub. 

Bu mövsüm 26 yaşlı forvard “Mançester Yunayted”in heyətində Premyer Liqada 27 oyunda cəmi 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

phrase_var_article.chosen
32
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close