AZ

20 funt-sterlinqə aldığı əşyanı 475 qat baha qiymətə satdı

Britaniyalı qadın 36 il əvvəl təxminən 20 funt-sterlinqə aldığı zinət əşyasını 9500 funt-sterlinqə satıb. 

Valyuta.az xəbər verir ki, incəsənət tarixçisi Flora Stil 1988-ci ildə Böyük Britaniyada (BK) antikvar bazarından aldığı əşyanın əsl dəyərini çox sonra anladığını bildirib. İtaliyanın paytaxtı Romada yaşayan Stil, keçən il yutubda BBC-nin 2011-ci ildə yayımlanan "Antiques Roadshow" proqramına baxdıqdan sonra əlindəki əşyanın dəyərini anladığını söyləyib. O, 19-cu əsrdə rəssam Vilyam Barqesin dizayn etdiyi zinət əşyalarının təqdim olunduğu hissədə əlindəki əşyanı görəndə şoka düşdüyünü ifadə edib. Bundan sonra o, bir neçə il paltosuna taxdığı və sonra şkafa qoyduğu əşyanı satmaq qərarına gəldiyini söylədi. İngiltərədə keçirilən hərracda anonim kolleksiyaçı həmin əşyanı 9500 funt-sterlinqə alıb. 

13 yaşından gümüş zinət əşyaları topladığını bildirən Stil açıqlamasında, "İlk gördüyümdə inanılmaz dizayn və daşların heyrətamiz istifadəsi diqqətimi çəkdi" - sözlərini söyləyib. 

Elmir

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla