AZ

Gəncədə yaşayış binası yanır - VIDEO

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın Heydər Əliyev Prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır.

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.

Bina sakinləri təxliyə edilir. 

Seçilən
74
30
Mənbələr
Şərh ()
Bağla