AZ

Şolz Tesla zavodunu enerjisizləşdirən yarımstansiyanın yandırılmasını terror aktı adlandırıb

Almaniya kansleri Olaf Şolz Berlin yaxınlığındakı Tesla zavodunda elektrik enerjisinin kəsilməsinə səbəb olan yarımstansiyanın yandırılmasını terror aktı hesab edir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “Märkische Allgemeine Zeitung” nəşri sitat gətirib.

“Hücuma gəlincə, mən buna əyalət hökuməti kimi baxıram: bu, terror aktıdır”, – deyə Olaf Şolz bildirib.

Kansler Almaniyada Tesla zavodunun genişləndirilməsinin tərəfdarı olduğunu bildirib və vurğulayıb ki, polis və təhlükəsizlik orqanları yanğına görə məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılması üçün mümkün olan hər şeyi etməlidir.

Qeyd edək ki, martın 5-də ətraf mühit fəalları Berlin yaxınlığındakı yarımstansiyanı yandıraraq, Qrünheydedəki Tesla zavodunun işini iflic edib. Elektrik enerjisinin kəsilməsindən sonra zavod boşaldılıb.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla