AZ

DTX-nin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluqla mübarizədə mühüm töhfə verir - Əli Nağıyev

Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir", - deyə Əli Nağıyev bildirib.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla