AZ

Frederik Vinter “Auqsburq”u İsveç klubuna dəyişdi

Almaniyanın “Auqsburq” klubunun danimarkalı mərkəz müdafiəçisi Frederik Vinter Bundesliqa təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonrakı karyerasını İsveçin “Hammarbü” klubundan davam etdirəcək.

Bu barədə İsveç klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.

Frederik Vinter Danimarkanın “Lünqbü” klubunun yetirməsidir. O, “Auqsburq”a 2022-ci ilin oktyabr ayında 1,3 milyon avro qarşılığında əhz Danimarka klubundan gəlmişdi. Amma müdafiəçi Bundesliqa klubunda möhkəmlənə bilməyib. Bu üzdən də o, “Lünqbü”, “Bröndbü” və “Eştoril”də icarədə oynamaq məcburiyyətində qalıb.

Vinter “Auqsburq”un əsas komandasında cəmi 7 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Frederik Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə forma şansı qazanmayıb.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla