AZ

“Neçə dəfə deyək bu kəndlər Azərbaycanındır?”- Paşinyanın partiyasında əks fikirlər var...

Image

Yəhya Babanlı: “Qarabağ daxil, sözügedən 4 kəndimiz müzakirə mövzusu deyil”

Hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən bəyan edib ki, bu kəndlər Ermənistana məxsus deyil: 

“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil. Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik. İndi də İrəvandan Voskepara, (Əskipara) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək”.

Nəzərə alsaq ki, Qərb Ermənistanı silahlansırmaq, himayə etmək yolunu tutur, o zaman rəsmi İrəvan deyilənlərlə bağlı konkret praktiki addımlar atacaqmı? Söhbət aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşdən gedir. Həmin görüş Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

“5 aprel görüşü nə Aİ-nin, nə də ABŞ-ın “sülh və ədalət” formuluna uyğun gəlir və ziddiyyət təşkil edir” 

Sözügedən məsələyə aydınlıq gətirən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Görünən odur ki, dünyanın gedişatı dəyişir və qütbləşmələr genişlənir. Baş verən proseslər fonunda güclərin savaşı gedir. Nəticədə müxtəlif spekulyasiyalar edirlər. Əslində ağıllı dövlətlər və insanlar mövcud reallıqla barışmalıdırlar. Sülhə dəstəklərini ifadə etməlidirlər. Bizim xəritəmiz yaxın tarixə, siyasi coğrafiyaya, BMT-nin obyekt və subyektlərinə yaxşı bəllidir. Qarabağ daxil, sözügedən 4 kəndimiz müzakirə mövzusu deyil. Bu kontekstdə, Ermənistanın baş naziri və ekspertlər aydın düşünür və cəmiyyəti düzgün addım atmağa sövq edir. Ancaq Ermənistan-Aİ-ABŞ siyasi gedişatına nəzər salsaq görürük ki, bu, manipulyasiyadan başqa bir şey deyil. Hər bir halda xoşagəlməz tendensiyadır və iki ölkə münasibətlərinin normallaşmasına mənfi təsir edir. Onların bu minvalla qızışdırıcı mövqedən çıxış etmələri təhlükəsizliyə, əminamanlığa xələl gətirir. 5 aprel görüşü nə Aİ-nin, nə də ABŞ-ın “sülh və ədalət” formuluna uyğun gəlir və ziddiyyət təşkil edir. Azərbaycan-Ermənistan danışıqlarına ümumən zərər vurmaq məqsədi güdür. Bax budur reallıq. Bütün bunlar qeyri-müəyyənlik yaradır. Nə Aİ-nin, nə ABŞ-ın bəşəriyyətə - bizə nümayiş etdirdiyi fəlsəfəsi ilə uzlaşmır. Ümüd edirik ki, tərəflər müharibəyə təhrik etməkdən əl çəkəcək. Çünkü indiki mərhələdə müvafiq məsələlər üzrə Azərbaycansız bu regionda aparılan danışıqlar və mövqelər yeni problemlərin ortaya çıxmasına səbəb ola bilər. Bu məqsədlə əməkdaşlıqlarını Cənubi Qafqaz xüsusunda həyata keçirəcəklər. Qafqaz Sülh Evinin yaranmasına töhfə verəcəklər”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
73
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close