AZ

Kapitandan xəbər var: "Neftçi" ilə oyuna hazır olacam"

Milli komandanın oyunlarına görə yaranmış fasilədə “Qəbələ” yoxlama matçı keçirdi.

“Sabah”la qarşılaşan bölgə klubu Kaxaber Tsxadadzenin rəhbərliyi altında ilk qələbəsinə sevindi – 2:0.

Amma qarşılaşma komandanın kapitanı Asif Məmmədov üçün heç də xoş keçmədi.

Belə ki, fasilədə meydana daxil olan 37 yaşlı yarımmüdafiəçi qısa müddət sonra əzələsində ağrılar hiss etdiyi üçün əvəzlənməsini istədi.

Matçdan sonra çətinliklə yeriyən təcrübəli sima durumu ilə bağlı saytımıza açıqlamasında bunları dedi:

“Ciddi zədə almamışam. Sadəcə əzələmdə ağrılar oldu. Onsuz da planda maksimum 20 dəqiqə meydanda olmağım idi.

Yəqin ki, problem olmaz. “Neftçi” ilə oyuna hazır olacam”.

Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Neftçi” matçı sabah 16:30-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla