AZ

ÜST İsraildən Qəzzanı atəşə tutmağı dayandırmağı tələb edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, Qəzza zolağı İsrail ordusunun davamlı atəşə tutması səbəbindən aclıqla üzləşib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq yazı Qebreyesusun “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Fələstin anklavına ərzaq və dərman çatdırılmasına icazə verməyə, həmçinin xəstəxanaları qorumağa çağırıb.

Qebreyesus İsraildən Qəzzada atəşi dayandırmağı və oraya humanitar yardım üçün tam çıxışı təmin etməyi tələb edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla