AZ

İtkin düşmüş 107 nəfərineyniləşdirilməsi həyata keçirilib - Əli Nağıyev

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti eyni zamanda Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işinərəhbərliyi həyata keçirir.

Trend xəbər verirki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnikƏli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarınınyaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəlitədbirdəki çıxışı zamanı deyib.

"Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində bu vaxtadəkmütəxəssislərimiz tərəfindən itkin düşmüş 107 nəfərin, o cümlədənonlardan 95 nəfərinin DTX-nin Hərbi-tibb baş idarəsinin genetiklaboratoriyasında, 12 nəfərinin isə Daxili İşlər Nazirliyininmüvafiq struktur bölməsində eyniləşdirilməsi həyata keçirilmişdir.Onlardan 34 nəfərinin qalıqları ailələrə təhvil verilmiş, bununlada onların 30 ildən artıq davam edən iztirab və nigarançılığına sonqoyulmuşdur. Yaxın günlərdə eyniləşdirilməsi təmin olunmuş 73nəfərin adları ictimaiyyətə açıqlanacaqdır", - deyə o bildirib.

Seçilən
41
4
Mənbələr
Şərh ()
Bağla