AZ

Polyaklar "rus şpionu" axtarırlar...

...Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiya Federasiyası üçün casusluq işi çərçivəsində Varşava və Tıxiya şəhərlərində axtarışlar aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunuxüsusi xidmətlər üzrə koordinasiya nazirinin sözçüsü Yaçek Dobrzinski bildirib. Qeyd edək ki, onun sözlərini Gazeta.pl sitat gətirir.

Kəşfiyyat xidmətlərinin sözçüsü əlavə edib ki, mümkün rus agentləri haqqında məlumat Daxili Təhlükəsizlik Agentliyibeynəlxalq əməkdaşlıq proqramı çərçivəsində çexiyalı həmkarlarından daxil olub.

Eyni zamanda, Dobrzinski Rusiya Federasiyasının öz casuslarının köməyi ilə “Polşanın beynəlxalq arenada mövqeyini zəiflətməyə, Ukraynanı və Avropa İttifaqının qurumlarının imicini gözdən salmağa” ümid etdiyini bildirib.

...Bundan əlavə, Rusiya agentləri Avropa mediasında “Rusiyayönlü təşəbbüslər və kampaniyalar” yaratmaq və yaymaq niyyətində idilər. Bu məqsədlə ayrıca xarici siyasət mətbu orqanı - Avropanın səsi yaradılıb.

Nazlı

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla