AZ

Rusiyanın Su-35 qırıcısı Sevastopol yaxınlığında qəzaya uğradı – Video


Rusiyanın Su-35 qırıcı təyyarəsi Sevastopol yaxınlığında Krım üzərində qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə teleqram kanallarında video yayımlanıb.
Hadisənin səbəbləri bəlli deyil. Anonim teleqram kanalı VChK-OGPU yazıb ki, təyyarə səhvən Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurula bilər.
Təyyarənin qəzaya uğradığını Rusiya tərəfindən ilhaq edilmiş Sevastopolun qubernatoru Mixail Razvojayev təsdiqləyib. O, pilotun müvəffəqiyyətlə katapult etdiyini və heç bir mülki obyektin zədələnmədiyini deyib, lakin insidentin mümkün səbəbləri barədə heç nə deməyib.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri insidentlə bağlı rəsmi şərh verməyib.

 
Seçilən
98
Mənbələr
Şərh ()
Bağla