"Nyukasl" klubunun üzvü Sandro Tonalini daha 50 oyuna mərc edib.
Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb. İtaliyalı yarımmüdafiəçinin 2023-cü il 12 avqust - 12 oktyabr tarixlərində bu işlə məşğul olduğu bildirilir.
Qeyd edək ki, Tonali daha öncə İtaliyada mərc etdiyinə görə 10 ay futboldan kənarlaşdırılmışdı.