![“Crocus](https://azertag.az/files/2024/1/1200x630/17116464405004328291_1200x630.jpg)
Bakı, 28 mart, AZƏRTAC
Müstəntiqlər Moskva vilayətində “Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılmasını başa çatdırıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, yoxlama indiyədək terrorçulardan biri ilə aparılıb, oxşar prosedur terror aktını törədən bütün şəxslərlə aparılacaq.
Hüquq-mühafizə orqanları da bu prosedurun bir neçə gün davam edəcəyini izah ediblər.