AZ

Milli futbolçular ordenlə təltif olunacaq

AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanan Gürcüstan yığmasının oyunçuları “Şərəf” ordeni ilə təltif olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu haqda ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.

Milli komanda tarixində ilk dəfə nəhəng turnirdə iştirak hüququ qazanıb. Gürcüstan bu yay Almaniyada keçiriləcək qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Baş nazir Kobaxidze böyük uğura imza atan komanda ilə bağlı belə deyib:

“Şəxsən mən bir azarkeş kimi 30 il idi bu günü gözləyirdim. Nəhayət, futbolçular bizə ən böyük xoşbəxtliyi bəxş etdi. Bu uşaqlar qəhrəmandılar və bu qəhrəmanları qiymətləndirmək lazımdı. Onlar ən şərəfli vətəndaşlardı və buna görə də kiçik bir qərar verdik - futbolçularımızı “Şərəf” ordeni ilə təltif edəcəyik”.
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla