AZ

ABŞ bu şəxslərə sanksiya tətbiq etdi

ABŞ Şimali Koreyanın silah proqramını dəstəkləyən 6 nəfərə sanksiya tətbiq edib.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada, Şimali Koreyaya gəlir təmin edən və maliyyəsini asanlaşdıran 6 şəxs və 2 təşkilatın sanksiyalara daxil edildiyi bildirilib. 

Həmçinin, bu şəxslərin Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindən olduğu müəyyən edilib.

Sözügedən şəxslər vasitəsilə əldə edilən vəsaitlərin kütləvi qırğın silahları proqramlarına dəstək üçün istifadə edildiyi vurğulanıb.

Sonda qərarın Şimali Koreyada yerləşən bank nümayəndələri ilə yanaşı, xaricdə Şimali Koreyalı İT işçilərini işə götürən təşkilatları da hədəf aldığı bəyan olunub. 

Aysu
Demokrat.az
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla