AZ

Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI

Azərbaycan və Türkiyə arasında preferensial ticarət sazişinə edilən dəyişiklik qardaş ölkədə qüvvəyə minib. 
 
Türkiyədən Azərbaycana idxal edilən paltaryuyanlarlar, monitorlar, videoregistratorlar, fotoaparatlar və avtomobil hissələri kimi məhsullara gömrük rüsumu ilə bağlı güzəştlər ediləcək. 
 
Bu güzəştlər tam olaraq nədən ibarətdir? Onlayn sifariş zamanı 300 dollar limitin ləğv olunması mümkün ola bilərmi?
 
Bu sualı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında cavablandırıb.
 
 
“Azərbaycanda bu Türkiyə ilə qarşılıqlı ticarətlə bağlı pozitiv anlaşma, təəssüf ki, fərdi sifarişlər üçün nəzərdə tutulmayıb. Bu, kommersiya qurumlar və biznes qurumları arasında olan əlaqələr üçün nəzərdə tutulub. Yəni fiziki və hüquqi şəxslər sifarişlər zamanı bu güzəştlərdən istifadə edəcəklər”.
 
Ekspert bildirib ki, onlayn sifarişlər zamanı tətbiq olunan “300 dollar” limiti Azərbaycan vətəndaşları üçün olduqca əlverişsizdir.
 
“Ümumiyyətlə, bu limit çox mənasız limitdir. Əvvəl bu limit 1000 dollar formasında tətbiq olunmuşdu. Mənə elə gəlir ki, yenidən limiti 1000 dollara kimi qaldırmaq daha məntiqli olardı. Onsuz da dünya onlayn ticarətə keçir, internet üzərindən ticarət daha da populyarlaşır”.
Seçilən
81
Mənbələr
Şərh ()
Bağla