AZ

"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır

Mobil ödəniş xidməti "Samsung Pay" Rusiyanın “Mir” ödəniş sistemi ilə işi dayandırdığını elan edib.

Valyuta.az xəbər verir ki, "Samsung Pay" verdiyi açıqlamada proqrama kartların əlavə edilməsi və istifadəsi aprelin 3-dən etibarən mümkün olmayacaq. Bundan əlavə, əvvəllər əlavə edilmiş bütün “Mir” kartları proqramdan silinəcək. “Samsung Pay” vasitəsilə ictimai nəqliyyatda ödəniş etmək də artıq mümkün olmayacaq.

Eyni zamanda, rusların hələ də "Samsung Pay"a loyallıq kartları əlavə etmək imkanı var. Xidmət Belarusda da fəaliyyətini davam etdirəcək, burada Rusiyanı tərk etmiş "Visa" və "Mastercard" ödəniş sistemlərinin kartlarını ödəniş üçün əlavə etmək mümkün olacaq.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ildə Türkiyənin dövlət bankları İş Bankası və Denizbank özəl banklardan sonra Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməkdən imtina edib. Belə ki, ölkədə bu ödəniş sistemi ilə işləyəcək bir dənə də olsun bank qalmayıb.

2022-ci il sentyabrın 15-də ABŞ “ Mir” ödəniş kartları sistemini idarə edən Rusiyanın Milli Ödəniş Kartları Sisteminin baş direktoru Vladimir Komlevə qarşı sanksiyalar tətbiq edib.

"Visa" və "MasterCard" ödəniş sistemləri 2022-ci ilin martında Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.

Nicat
 

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla