AZ

Naxçıvanda “Nissan”la “Opel” toqquşdu, qadın sürücü xəsarət aldı - VİDEO

Naxçıvan şəhəri 2-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 27-si saat 12:40 radələrində baş verib. Belə ki, hərəkətdə olan 75-BX-725 dövlət nömrə nişanlı “Nissan” markalı maşın, “Opel” markalı avtomobillə toqquşub. İddiaya əsasən, qəzaya səbəb “Nissan” sürücüsünün növbəsini gözləmədən hərəkət etməsi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri yararsız hala düşüb. Həmçinin qəza zamanı sürücülərdən biri yüngül xəsarət alıb.
Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Nərmin

Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla