AZ

Rusiyadakı erməni diasporu Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyir (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Erməni diasporası uzun illərdir ki, özlərinin müxtəlifnümayəndələrini Rusiya mediasında yerləşdirib.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi ElçinMirzəbəyli bildirib.

Onun sözlərinə görə, bu resurslardan maksimum dərəcədə özmaraqları üçün istifadə etməyə cəhd göstərirlər.

"Bir çox hallarda isə onların media üzərindən həyata keçirdiyisiyasət əksər hallarda Rusiyanın öz maraqlarını təhdid edir. Bəlliolduğu kimi, Rusiya çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Buölkənin təxminən 30%-ni müsəlmanlar təşkil edir. Və onlar daimRusiyanın ərazi bütövlüyü uğrunda ermənilərdən daha prinsipial vəqətiyyətli mövqe nümayiş etdiriblər. Rusiyadakı erməni diasporununəsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdənibarətdir", - o deyib.

Ekspert vurğulayıb ki, erməni oliqarxların maliyyələşdirdiyişəbəkə vəziyyətdən istifadə edərək öz təbliğatlarını həyatakeçirdərək Rusiya vətəndaşlarının düşüncəsinə zəhər toxumu səpməyəçalışırlar.

"Bunların arasında erməni əsilli olmayanlar da var. Onlarınarasında ən bariz nümunə Azərbaycana qarşı xüsusi nifrəti iləseçilən Vladimir Solovyovdur. Baxmayaraq ki, hər dəfə etdiyisəhvlərə görə dolayısı ilə üzr istəməyə çalışır", - deyə o qeydedib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla