AZ

Dava zamanı qulağını qopardı

Hindistanda gənc oğlan məclisdə dostu ilə mübahisə edib və onun qulağını dişləyib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə News9Live məlumat yayıb.

 

Hadisə Uttar Pradeş ştatının Kazipur kəndində baş verib. Adları Rinku Yadav və Lalu Yadav dostları ilə birlikdə DJ-in çıxış etdiyi partiyə qatılıb.

 

Hər iki hindli bayram zamanı spirtli içkilər qəbul edib və sərxoş halda rəqs etməyə gediblər.

 

Bir anda Rinku mobil telefonunu çıxararaq Lalu rəqsini çəkməyə başlayıb.

 

Bu, sonuncunun xoşuna gəlməyib i və dostundan çəkilişi dayandırmağı və telefonu ona verməsini tələb edib.

 

Dostlar arasında mübahisə yaranıb və daha sonra sərxoş halda əlbəyaxa davaya çevrilib.

 

 Rinku dava  zamanı   Lalunun qulağını  dişləyib. 

 

 Hadisə şahidlərinin sözlərinə görə, şəxsin  qulağı  qoparaq  yerə  düşüb.

 

Nigar

 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla