AZ

Çerçesovun təyinatı hətta müzakirə də olunmayacaq

Stanislav Çerçesov milli komandamızın baş məşqçisi olmayacaq. Son günlər rusiyalı mütəxəssislə bağlı qonşu ölkə mətbuatında xəbərlər sıralansa da, yazılanların əsası yoxdur.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Çerçesovla hər hansı təmas olmayıb. AFFA-ın adından danışan menecerlərin mütəxəssisin ilkin fikrini öyrənməsi rəsmi təklif anlamına gəlmir. Assosiasiyanın yeni rəhbərliyi bu şəxsin namizədliyini ümumiyyətlə, müzakirə etmək niyyətində deyil.

Çerçesovun adının ölkəmizlə yanaşı çəkilməsi ilk dəfə deyil. Vaxtilə bu məşqçi özünü “Neftçi”yə təklif etmiş, ardınca bu kimi xəbərlərlə təbliğat kampaniyası qurulmuşdu. Amma o zaman da təyinat reallaşmadı.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla