AZ

Məktəbdə dəhşətli hadisə: Şagirdlər xəstəxanaya yerləşdirildi

Türkiyədə məktəbdə təmizlik vasitələrindən zəhərlənən 12 şagird xəstəxanaya yerləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Diyarbakır vilayətində baş verib.

Bölgədə yerləşən məktəbdə təmizlik materiallarından təsirlənən 12 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İlkin müayinələr zamanı şagirdlərin kimyəvi maddədən zəhərləndiyi ortaya çıxıb.

Qeyd edək ki, hazırda hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar davam edir.

Aysu
Demokrat.az
Seçilən
114
Mənbələr
Şərh ()
Bağla