AZ

Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır

Əməkdar artist Nahidə Orucova televiziya proqramlarından birində uzun illər üzünü görmədiyi qardaşı oğlundan danışıb. 

 

Aktrisa 27 ildir qardaşı oğlunu axtarsa da, bunun heç bir nəticə vermədiyini söyləyib. 

 

“Anası onu bizdən ayırdı və görüşməyə imkan vermədi. Mən onu son dəfə görəndə bir yaşı yox idi. Adı Malikdir. Anası bizdən və atasından uzaqlaşdırdı. Qardaşım oğlunu çox axtardım, tapa bilmədim. Çox yerlərə müraciət etdim. 

 

Dedilər ki, Azərbaycanda deyil, Rusiyada təhsil alır. 1997-ci il təvəllüdlüdür, 27 yaşı var. Çox istərdim tapım, qardaşımın yadigarıdır. Atam Malik adını, həm də soyadını daşıyır - Malik Orucov. 

 

Bu 27 il ərzində, fotosunu belə görmədik. Bəlkə ona kömək və arxa-dayaq lazımdır. Çox istərdim ki, ona dayaq və hansısa bir işində kömək olum” -  aktrisa bildirib./Lent.az

Tarix: 28 Mart 2024, 19:51   
phrase_var_article.chosen
100
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close