Qəzzaya bəzi ölkələrin təyyarələrlə atdığı ərzaq yardımını almağa çalışan daha 18 fələstinli həyatını itirib.Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, təyyarələrdən dənizə düşən yardımı götürməyə çalışan fələstinlilərdən 12-si boğularaq, 6-sı isə izdiham nəticəsində həyatını itirib.
Hadisə şahidləri həyatını itirənlərin bəzilərinin uşaqlar olduğunu bildirib.
Qeyd edək ki, ayın əvvəlində havadan atılan bəzi yardım bağlamaları mülki şəxslərin üzərinə düşüb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb.
Aysu
Demokrat.az