AZ

""Krokus"da terror aktının icraçıları pulu Ukraynadan alıb" - Rusiyanın İstintaq Komitəsi açıqlama yaydı

“Crocus City Hall”-da törədilən terror aktı ilə əlaqədar “terrorizmin maliyyələşdirilməsi sxemində” iştirak edən daha bir şübhəli saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“İstintaqın ilkin nəticələri terrorçuların hərəkətlərinin planlaşdırılmış xarakterini, ciddi hazırlıq və cinayətin təşkilatçılarının maliyyə dəstəyini tam təsdiqləyir. Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində onların ukraynalı millətçilərlə əlaqəsi barədə sübutlar əldə edilib”, – İstintaq Komitəsinin bəyanatında deyilir.

İstintaq Komitəsi həmçinin bildirir ki, istintaqın ixtiyarında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilmiş xeyli miqdarda pul və kriptovalyuta alması barədə təsdiq olunmuş subutlar var.

İş üzrə artıq 11 nəfər saxlanılıb.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla