AZ

Rusiyada “Teleqram” bloklana bilər?

“Teleqram” administrasiyası və messencerin tərtibatçısı Pavel Durov qanunsuz məzmunun bloklanması məsələsində Rusiyanın hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Gənclər Siyasəti Komitəsinin rəhbəri Artem Metelev bildirib.

“Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir, o cümlədən qadağan olunmuş məzmunu bloklayır. Həm “Teleqram administrasiyası, həm də Pavel Durovun özü həmişə çox cəld reaksiya verir, biz bunu görürük”, – Metelev deyib.

Rusiyada “Teleqram”ın terrorçular tərəfindən istifadə oluna biləcəyinə görə qadağan edilməsi ehtimalını şərh edən deputat qeyd edib ki, indiyə qədər messencerin işinə cavabdeh olan şəxslər bu cür təzahürlərin qarşısını alıblar.

Öz növbəsində Kremldən bildirilib ki, Pavel Durov “Teleqram”ın terror məqsədləri üçün istifadəsinə görə onu daha yaxından izləməlidir. Eyni zamanda, qeyd edilib ki, hazırda Rusiyada bu messencerin bloklanması məsələsinə baxılmır.

Azpost.info

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla