AZ

Nazir "SİMA İmza" komandasını təbrik etdi - FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad  Nəbiyev  "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayının  1 milyonu ötməsi  münasibəti ilə post paylaşıb.

 

Oxu24.com  nazirin paylaşımını təqdim  edir: 

 

Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.
 

İki ildir ki, istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, İnternet Vergi İdarəsi portalı, "Smart Customs", "Güzəştli mənzil", Elm və Təhsil Nazirliyinin "Ali və orta İxtisas Təhsli Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib. 

Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan "SİMA İmza"nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır.

 

"SİMA İmza"nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram.

 

 

Seçilən
48
12
Mənbələr
Şərh ()
Bağla