AZ

Mehin Hümbətova: "Ailə qurmaq eşqiylə yalan vədlərə inanan..."

Müğənni Mehin Hümbətova sosial media hesabında şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Mehin Hümbətova "Növbəti həyatda "Sima, yoxsa Mehin?" sualına "Bütün zamanlarda Mehin olmağı seçərdim. Çünki Mehin zəhmətkeş, uğurlu, məqsədyönlü və iradəlidir. Sima isə serialdakı saf, ailə qurmaq eşqiylə yalan vədlərə inanan obrazım idi. Nə yaxşı ki bu, sadəcə obraz idi",-deyə cavab verib.

İfaçı "Avroviziya" Beynəlxalq Mahnı müsaqisində iştirakı haqqında suala isə belə cavab verib: "Düşünmürəm, amma zaman bizə elə qərarlar verdirir ki... Hər şey ola bilər".

Mehin Hümbətova açıq-saçıq geyinməsinə isə belə münasibət bildirib: "Vulqar görünüş tərəfdarı deyiləm. Səhnə sıravi insanlardan seçilməyi tələb edir. Açıq geyinmək olar, amma bir yerə qədər..."


Müəllif: Rəqsanə Həsənova
Seçilən
67
3
Mənbələr
Şərh ()
Bağla