AZ

Tacikistanda “Krokus”a hücum edən şəxsin qohumları saxlanılıb

Crocus-a hücumda şübhəli bilinən Şəmsidin Fəriduninin  valideynləri, qardaşı, arvadı və səkkiz aylıq uşağı, qayınanası, dayısı və əmioğlularının onun yaşadığı kənddən aparıl;b. Bu barədə Asia Plus məlumat yayıb. 

Fəriduninin dayısının arvadı jurnalistlərə açıqlamasında deyib ki, terror aktı ilə bağlı Moskvada həbs edilən şəxsin qohumları şənbə günü, martın 23-də, yəni konsert salonuna hücumun ertəsi günü aparılıb.
 
Nəşr xəbər verir ki, Fəriduninin dayısı və dayısının oğlanları onların taleyindən xəbər tutmağa gedib və onlar da yoxa çıxıblar.

Radio Ozodi Fəriduninin qohumlarından birinə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti onun bacısı Məhbubə Zəgərovanı və üç uşağını Rusiyadan deportasiya edib. Buna səbəb onun şübhəli şəxsi evində qeydiyyata alması olub.
 
Onun dayısı arvadı qadının hələ də evə qayıtmadığını deyib. 

Çərşənbə axşamı bildirildi ki, Düşənbədə Crocus-a hücumla bağlı təqsirləndirilən şəxslərin yaxınları ilə birgə istintaq tədbirləri aparılır.

"Krokus”a hücumla bağlı həbs edilənlərdən 7-si Tacikistan , səkkizinci isə Qırğızıstandan vətəndaşıdır. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla