AZ

Rusiya polisi sosial şəbəkələrdə “Krokus”la bağlı şərh yazanları həbs edir

Rusiya polisi sosial şəbəkələrdə “Krokus”la bağlı şərh yazanları saxlamağa başlayıb.

Azpost.info xəbər verir ki, həbs dalğası Maqadandan Sankt-Peterburqa qədər uzanıb.

Maqadan vilayətində polis 75 yaşlı kənd sakinini saxlayıb. Polisin bildirdiyinə görə, kişi videoya verdiyi şərhdə “parazitləri daha çox öldürməliydik” yazıb. Ona qarşı terrora bəraət qazandırmaq maddəsi ilə cinayət işi açılıb.

Nijni Novqorodda polis 15 yaşlı məktəblinin valideynlərinə qarşı inzibati protokol tərtib edib.

Sankt-Peterburqda “Krokus”da terror aktı ilə bağlı xəbərin altında şərhlər dərc edən 26 yaşlı Tacikistan vətəndaşı terrora haqq qazandırmaqda ittiham olunub.

Sankt-Peterburqda da eyni ittihamla Nikolay Konaşnek həbs edilib. O, “Facebook”da yazıb: “Niyə Kreml yox, “Krokus”? Səhv salmısınız?”.

Konaşenok “New Holland” layihəsinin baş direktoru Roksana Şatunovskayanın əridir və ərinin terror hücumu ilə bağlı şərhindən sonra işdən çıxmalı olub. Konaşenok təqsirini etiraf etməyib. Onu 7 ilə qədər həbs gözləyir.

Azpost.info

 

phrase_var_article.chosen
72
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close