Futbol üzrə Azərbaycan I Liqasında XIX tura start verilib. Futbolpress.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub. "İrəvan" səfərdə məğlub olub, "Araz Saatlı" isə azarkeşləri önündə qalib gəlib. "Qaradağ Lökbatan" - "İrəvan" 3:0 Qollar: Seyxan Fərəcov, 35, Balamirzə Soltanov, 72 (avtoqol), Xəlil Bəşirov, 85 "Araz Saatlı" - "Mingəçevir" 4:0 Qollar: Sequn Omotoşo, 37, Ravil Yusifli, 42, Həmzə Əliyev, 85, Elnur Mustafazadə, 90 "Karvan" - Difai Ağsu" 0:0