AZ

PSJ-nin prezidenti: “Onların səviyyəsindən çox razıyam”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun transfer siyasətinin bir hissəsi olan xüsusi məqam haqda şərh verib.

Arena.az jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, Əl-Xelaifi portuqal futbolçuların cari mövsümdəki çıxışı və idman direktoru, portuqal mütəxəssis Luis Kamposun siyasətinin bir hissəsi olaraq bu ölkədən istedadların cəlb olunmasına açıqlama verib:

“Qonsalo Ramos, Vitinya, Danilo Pereyra və Nuno Mendesin səviyyəsindən çox razıyam. Direktorumuz Luis Kamposa da güvənirəm. Mən fəxr edirəm ki, onların hamısı klubumuzu təmsil edirlər. Portuqaliya futbol üçün böyük ölkədir. Burada həmişə çoxlu istedadlı mütəxəssislər və fəal surətdə izlədiyimiz oyunçular var”, deyə PSJ-nin prezidenti vurğulayıb.

Xatırladaq ki, hazırda ispan mütəxəssi Luis Enrikenin çalışdırdığı PSJ itkisiz irəliləyir. Fransa nəhəngi Liqa 1-də 26 oyundan 59 xalla yarış cədvəlinə başçılıq edir və ən yaxın təqibçisi “Brest”i (47 xal) 12 xal qabaqlayır.

Fransa Kubokunda isə PSJ yarışın yarımfinal mərhələsinə yüksəlib və aprelin 3-də “Renn”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqasına gəlincə, yarışın 1/4 final mərhələsində Fransa nəhəngini “Barselona” ilə iki oyun gözləyir. PSJ aprelin 10-da Parisdə, aprelin 16-da isə Barselonada Kataloniya nəhəngi ilə cütün taleyinə aydınlıq gətirməyə çalışacaq.

Üstəlik, Luis Enrikenin yetirmələri 2024-cü il Fransa Super Kubokunu da qazanıblar.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla