AZ

"Lider olmaq məcburiyyətində qaldım, mənim bundan xoşum gəlir"

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher London komandasındakı rolundan danışıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu komandasının xeyrinə çalışacağına davam edəcəyini bildirib:

“Çelsi”də bu mövsüm lider olmaq məcburiyyətində qaldım. Mənim bundan xoşum gəlir.

Komandanız üçün yaxşı çıxış etdiyiniz zaman bu sizə kömək edir. “Çelsi”nin xeyrinə çalışmağa davam edəcəm”.

24 yaşlı Qallaher bu mövsüm 38 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

“Çelsi” Premyer Liqanın turnir cədvəlində 27 oyundan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla