AZ

Əməkdar artist Rahib Əliyev vəfat edib

Əməkdar artist Rahib Əliyev vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olan aktyor 1969-cu ildə oranı bitirib.

Seçilən
171
1
Mənbələr
Şərh ()
Bağla