AZ

Taksilərdə gediş haqqının ödənilməsi üçün yeni qaydalar TƏSDİQLƏNİB - FOTO

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində gediş haqqı lövhəsinin nümunəvi forması müəyyən edlib.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb. 

Qərara əsasən, gediş haqqı lövhəsində km üçün hər km-ya görə,km-dan artıq hər km-ə görə sifariş haqqı əks olunacaq. Həmçinin, sifariş müddətində boş dayanmanın hər dəqiqəsinə görə sifariş haqqı əks olunacaq. 

Həmçinin yeni qərarla hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal tələbi qoyulub.

Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Bizim.Media
 

Seçilən
49
25
Mənbələr
Şərh ()
Bağla